2017-ci ildə həyata keçirilmiş mədəni-sosial layihələr

marneuli_drosha

Keçən ilin dəyərləndirilməsi ilk baxışdan asan görünə bilər, amma Marneuli Bələdiyyəsinin Meriyasına bunu müəyyən etmək üçün 2017-ci ilin dekabr ayının sonundan yanvarın 26-a qədər vaxt lazım olub. Marneuli Bələdiyyəsinin Meriyası Marneuli Radiosundan rəsmi məktubla müraciət etməsini istədi ki, 2017-ci ildə bələdiyyənin hansı problem və uğurları olduğunu müəyyən edək.

Rəsmi məktuba cavabı Marneuli Radiosu tam 10 iş günündə aldı.

Marneuli Bələdiyyəsinin Meriyası tərəfində yazılmış rəsmi məktubda oxuyuruq ki, Marneuli Blədiyyəsində 2017-ci ildə mədəni istiqamətdə sonrakı işlər aparılıb:

Tserakvi kəndində Tədris Mərkəzinin reabilitasiyası həyata keçirilib.

2017-ci ildə kitabxana fəaliyyətə başlayıb. Binada kitabxana ilə yanaşı, eləcə də, muzey, mədəni irs və turizm istiqamətində sahələr də fəaliyyətə başlayıb.

Gürcü şərabı həftəliyi çərçivəsində bələdiyyə çaxır festivalına ev sahibliyi edib.

2017-ci ildə Marneuli bələdiyyəsinin İmir kəndində eradan əvvəl VI   minilliyə aid olan arxeoloji abdiələrində (İmirin qazılmış dağı və Şulaver dağı) Gürücstanın Milli Muzeyinin və Toronto Universitetinin birgə arxeoloji ekspedisiyası bir aylıq işlər aparıb.

Turizmin inkişafı baxımından 2017-ci ildə, Marneuli Bələdiyyəsinin yerli özünüidarəsinin təşəbbüsü ilə və Gürücstan Turizm Adminstrasiyasının tam maliyyələşdirilməsi ilə (114 000 lari) Kvemo Kartlinin, eləcə də, Marneuli Bələdiyyəsinin dağ cığırlarının araşdırılması və layihələşdirilməsi işləri baş tutdu.

Rəsmi məktubda oxuyuruq ki, Bələdiyyədə rəngarəng sosial proqramlar olub. Prioritet olaraq ata-anadan yetim olan, azyaşlı, eləcə də, görmə və eşitmə-danışma problemi olan benefisiarlar üçün gündəlik yardım, dialzedən əziyyət çəkən benefisiarların nəqliyyat xərclərinin ödənilməsi  götürülüb. Fiziki imkanları məhdud olan şəxslərin əməliyyatı, reabilitasiyası, müayinə-müalicəsi və medikamentlərlə yardımı, onkoloji və ürək xəstəliklərinin xərcləri proqramla nəzərdə tutulmuş şərtlərlə ödənib və s.

Bələdiyyənin Meriyasıdan yazılan məktubda oxuyuruq ki, 2017-ci ildə, Marneuli və Kobilnitsa arasında dostluq memorandumu imzalanıb. Memorandum iki ölkənin, Polşa və Gürcüstanın yerli özünüidarəetməsinin təcrübəsini bölüşmək və inkişafa dəstəyi nəzərdə tutur. Bələdiyyənin təşəbbüsü ilə Marneulili iki gənc Qdabski şəhərində baş tutan biznes həftəsində iştirak edib.

2017-ci ildə Marneuli yerli özünüidaəetməsi eləcə də tullantıların idarəsinə dair 5 illik plan işləyib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register