Məktəb şagirdləri Lado Asatianinin xatirəsini yad ediblər

lado asatianis iubilesadmi midzgvnili gonisdzieba

Bu gün, 31 yanvar tarixində Marneuli İctimai kitabxanasında Lado Asatianinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri Marneuli altı saylı ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi Nana Çubinidze aparırdı. Şagirdlər Lado Asatianinin yaradıcılığını yad etdilər və iştirakçılara məlumat verdilər. O, digər məktəblərin də şagirdlərinin bu kimi tədbirlərə qoşulmasını vacib hesab edir.

“Bir nəfər tərəfindən keçirilən mühazirə bu səviyyədə təəssürat yaratmazdı. Görürdüm ki şagirdlər getmək istəmirlər. Dəvət olunmuş uşaqları da bizə qoşulmağa həvəsləndirdik və qeyri-gürcü dilli uşaqlar Ladonun şeirlərini çox gözəl təqdim etdilər”.

Marneulinin altı saylı məktəbinin şaigirdi sevinir ki, bu gün Lado Asatianinin xatirə tədbirində iştirak edir.

“Mənim üçün Lado Asatiani, nəbilim, sözlərlə ifadə edə bilmirəm, O, elə insan idi ki, o dövrdə çətin olmasına baxmayaraq söz deməkdən çəkinmirdi və fikrini açıq şəkildə söyləyirdi və yazırdı, heç nəyi gizləmirdi”.

Bu günkü tədbirdə eləcə də Marneulinin müxtəlif məktəb şagirdləri iştirak edirdilər. Onlar Lado Asatiani poeziyasından şeirlər oxudular.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register