Dövlət Dil Departamenti xaricdə yaşayan gürcülər üçün online-rejimdə gürcü dilinin tədrisini planlaşdırır

gurcu dil

Dövlət Dil Departamenti xaricdə yaşayan gürcülər üçün online-rejimdə gürcü dilinin tədrisini planlaşdırır.

Bu haqda İPN-ə Dövlət Dil Departamentinin sədri Qiorqi Alibeqişvili bildirib.

“İmmiqrasiyada təəssüf ki, gürcü mədəniyyəti haqqında təsəvvürü olmayan nəsil doğulub və böyüməkdədir. Onlar dövlət dilini də bilmirlər. Buna baxmayaraq çox yerlərdə həftə məktəbləri var, ancaq bu yetərli deyil ki, bizim gələcək nəsil xaricdə gürcü dilini öyrənsin. Ona görə də bizin online rejimdə tədris koordinasyamız olacaq ki, hansısa ölkədə qrup yaransın və onlar gürcü dilini kvalifikasiyalı peşəkarlardan öyrənsinlər”, – bildirir Alibeqişvili.

Xatırladaq ki, Dövlət Dili Departamentinə Qiorqi Alibeqişvili rəhbərlik edir və departament bir neçə ay bundan əvvəl yaranıb, 2018-ci ilin büdcəsindən yarım milyon məbləğlə maliyyələşib.

Gələn ilin büdcə layihəsinə əsasən, qeyd olunan Departamentdə çalışanların sayı 15 nəfəri təşkil edəcək. Buna görə də, 500 min laridən 400 min lari məhz əmək haqqının ödənməsinə ayrılıb.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register