Bütün metro dayanacaqlarında yenidənqurma işləri dayandırılıb
Tbilisi meri Kaxa Kaladzenin məlumatına görə, bütün metro dayanacaqlarında yenidənqurma işləri müvəqqəti olaraq dayanıb.
Bu haqda Kaladze jurnalistlərə bildirib. O, qeyd edib ki,yenidənqurma prosesi layihələrin öyrənilməsi və monitorinqdən sonra davam edəcək.
“Bütün metro dayanacaqlarının yenidənqurma işləri dayandırılıb. Bütün layihələrdə ekspertiza keçirilməlidir. Dünən tapşırıq vermişəm ki, yenidənqurma tapşırılan bütün kompaniyaların işləmək icazəsi dayandırılsın, çünki konkret yenidənqurma aparılan layihə yoxlanılmalıdır. Layihələr öyrənilməlidir ki, təhlükələr aradan qaldırılsın”, – bildirib Kaladze.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments