Kürtlər ictimai məktəbində yanğın baş verib

kurtlar mektebi

Bu gün, 1 fevral tarixində Kürtlər kəndinin ictimai məktəbində yanğın baş verib. Marneuli Təhsil Resurs Mərkəzinin direktoru Kənan Ömərov “Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi ki, yanğın odun sobasından yaranıb və taxta tavana keçib.

Yanğınsöndürən Xidmətinin gəlməsinə qədər isə məktəbin əməkdaşları artıq yanğını söndürüblərmiş. Yanğın Kürtlər məktəbinin 4-cü sinifində, ikinci dərs başladıqdan sonra baş verib. Həmin  sinifdə 17 şagird oxuyur.

Marneuli Resurs Mərkəzinin direktoru həmçinin qeyd etdi ki, bu gün, məktəbdə dərs prosesi dayanıb, bu günkü dərslər isə şənbə günü keçiriləcək.

Ömərov eləcə də qeyd edib ki, bir sinifin zərər görməsi gələcəkdə dərs prosesinə mane olmayacaq, çünki məktəbdə başqa boş otaqlar var və orada 4-cü sinifin şagirdləri yanğından xarab olmuş sinif təmir olana qədər oxuyacaqlar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register