Marneulidə yeni məhkəmə binası istifadəyə verildi

13 yanvar tarixində Marneulidə yeni məhkəmə binası istifadəyə verildi
Xatırladaq ki, uzun illərdi Marneulinin məhkəmə binası təmirə və bərpa işlərinə ehtiyac duyurdu. Gürcüstan ali məhkəməsinin 2015 ci ilə olan büdcəsi əsasında ümum məhkəmələr departamenti tərəfindən Marneulinin magistr məhkəmə binası və həyəti tamamilə təmir olundu. Binanın daxili tamamilə müassir standartlara uyğun düzəldildi. Binanın bayırı tamamilə dəyişdirildi. Həyətinin strukturası yeniləndirildi. Məhkəmənin vətəndaşlara daha səmərəli xidmət göstərməsi üçün 7 avtomobil də məhkəməyə təqdim olundu.
Açılış mərasimində Gürcüstan ali məhkəməsinin sədri Nino Qvenetadze, Bolnis məhkəməsinin sədri Serqo Metopişvili, Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev və Marneuli icra başçısı Merab Topçişvili iştirak edirdilər.
Hazırda məhkəmə əməkdaşları müassir standartlara cavab verən şəraitdə fəaliyyətlərini davam etdirəcəklər.
Mənbə: marneuli.gov.ge
Müəllif:Şəlalə Əmircanova
Şəlalə Əmircanova516 Posts
0 Comments