Yaxınlarının məlumatına görə, repetitora gedən yetirmələri Qırmızı Bağda bıçaqlayıblar
Tbilisinin 35 saylı ictimai məktəbinin iki şagirdi Saburtaloda, Qırmızı Bağda bıçaqlanıb, – bu haqda İPN-ə şəxsi söhbət zamanı yaralananlardan birinin yaxını bildirib. Onun məlumatına görə, hadisəyə qədər zərərçəkənlər repetitorun yanına gedirmiş.
Yaxınları üçün detallar naməlumdur, ancaq qeyd edirlər ki, yetirmələrin qarşısına bir neçə nəfər çıxıb və onlara soyuq silahla zərər vurublar.
Respublika xəstəxanasına iki yaralı yetirmə dünən yerləşdirilib. Güman ki, yetirmələr qarşıdurma nəticəsində soyuq silahdan zədə alıblar. Onlar Tbilisi 35 saylı məktəbin şagirdləridirlər. İşlə bağlı CM-nin 117-ci maddəsi ilə istintaq başlayıb. Maddə sağlamlığa qəsdən və ağır zərər vurmanı nzəərdə tutur.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments