Müəllimlərin bir hissəsinin maaşı artıb

muellim

1 fevraldan aparıcı və mentor müəllimlərin əmək haqqı artıb. Aparıcı müəllim tam şəkildə çalışarsa 700 lari maaş alacaq, mentor isə – 1000 lari. Bu haqda Allnews.ge-yə Elm və Təhsil nazirliyindən bildiriblər.

Müəllimlərin Milli Peşəkar İnkişaf Mərkəzinin direktor müavini Manana Ratianinin məlumatına görə, indiki mərhələdə 257 aparıcı və 9 mentor müəllim var.

Onun sözlərinə görə, aparıcı müəllimlərin əlavəsi 500, mentorların isə 700 lari idi.

“Ümumiyyətlə müəllimin maaşı 405 larini təşkil edir, buna əlavələr də olur. Məsələn, bu sinif rəhbəri, direktor, magistr statusuna əsasən baş verir. Statusa əsasən təcrübəli müəllimin əlavəsi 320 laridir, aparıcının isə 500, mentorlar üçün 700 lari idi. Dəyişikliklərlə isə aparıcı və mentorların əlavəsinin artırılması baş verdi”, – bildirib Manana Ratiani.

Xatırladaq ki, müəllimlərin peşəkar inkişafı və karyerada irəli getmələri üçün sxem artıq iki ildir ki, qüvvədədir. Sxemə əsasən, pedaqoqlar 4 kateqoriyaya – Təcrübəçi, rəhbər, aparıcı və mentor olaraq bölünürlər. Pedaqoqlara sxem imkan verir  ki, kateqoriyada irəli getsinlər və müvafiq olaraq daha çox maaş alsınlar.

Mənbə: Allnews.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register