Yerli səhiyyə mərkəzləri qabaqlayıcı tədbirlər həyata keçirməli idilər

jandacva

Marneuli Radiosu 31 yanvar tarixində sujet hazırlamışdı və sujetdən məlum olurdu ki, məktəb şagirdləri meninqoktsemiyanın profilaktikası məqsədi ilə verilən preparatı almayıblar. Marneulinin Xəstəliklərin Nəzarəti və İctiami Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze həmin gün müsahibə verməkdən çəkindi və vəd verdi ki, vəziyyəti aydınlaşdıracaq. Onun bu gün bizimlə söhbətdə qeyd etdiyinə görə, 8 saylı ictimai məktəbin valideynləri ilə özü danışıb, fakt qarşısında şəxsən özü də çaşqın qalıb. Valideynlərin çoxusu preparatın əldə olunmasını məqsədəuyğun hesab etməyiblər. Əczəxanadan verilən məlumata gəldikdə isə dərman ziyanlıdır Eter Laperadze bununla razı deyil.

“Valideynlərin münasibəti məni təəccübləndirdi. Baxmayaraq ki, nə xəstəliyi olduğunu izah etmişdik, öz fikirləri var, deyirlər ki, bu xəstəlik yoxdur, mənim uşağıma heç nə lazım deyil. Bir neçəsi belə deyir, bir neçəsi də deyir ki, əczaxanaya getdik, dedilər ki, bu dərman yoxdur, sirop təklif etdilər və dedilər ki, viruslara qarşı bu sirop daha yaxşıdır. Çoxu deyir ki, almadım. Tövsiyələri valideyn yerinə yetirməlidir. Faciəvi vəziyyət yoxdur. Dir dəfəlik bir ədəd həb qəbul etmək uşaq üçün zərərli deyil, əksinə, o uşağın ölümünə səbəb olan xəstəlikdən qoruyur”.

Uşaqların nəzarət mexanizminə gəldikdə isə Eter Laperadzenin sözlərinə görə, kontrolu direktorla əlaqə və şagirdlərin dərsə gəlməsinin monitorinqi ilə həyata keçirirlər.

Mariko Dzikoridze “Qafqaz Ətraf Mühitin Mühafizəsi QHT-lər Şəbəkəsi”nin Regional koordinatorudur və o, deyir ki, hər hansı virus xəstəlikləri ilə bağlı prevensiya əhəmiyyətlidir. Epidemiya haqqında uşaqların məlumatı olmalıdır və təəssüf ki, reaksiya yalnız fakt baş verdikdən sonra göstərilməməlidir. O, qeyd edir ki, Kvemo Kartli və Kaxetidə sanitariya və higiyenanın təmin edilməsi layihəsi çərçivəsində Kvemo Kartlidə 4 bələdiyyədə, həmçinin Marneulidə çalışırlar. Layihənin əsas məqsədi ilk növbədə məktəblərdə, uşaq bağçalarında və sığınacaqlarda tədqiqat aparmaq, sonra isə pozulmuş sanitar normaları aradan qaldırmaqdır.

Xəstəliklərə nəzarət mərkəzi təlimatlarında yerli ictimai səhiyyə mərkəzlərinə öhdəlik qoyur. Onlar bütün məktəblərdə yalnız nadir hallarda həyata keçirilən monitorinq deyil, başqa işlərlə də məşğul olmalıdırlar. bu cəmiyyətin problemi deyil, bu yerli hakimiyyətin problemidir”.

O, həmçinin qeyd edir ki, uşaqların virus infeksiyaları haqqında məlumatı yoxdur. Buna qaydaya əsasən yerli Səhiyyə Mərkəzləri reaksiya verməlidir. Xəstəliklərin Kontrolu Mərkəzləri, Yerli Səhiyyə Mərkəzlərinə qayda təyin edir ki, onlar məlumat xarakterli görüşlər keçirməyə məcburdurlar.

Tsikoridzenin sözlərinə görə, yerli özünüidarə müəyyən etməlidir və yerli səhiyyə mərkəzi orqanlarına üstünlük verməlidir. Yalnız nəzarət funksiyasl deyil həm də regionda olan problemlərdən dolayı konkret fəaliyyətlər etməlidirlər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register