Qaçağan sakini olan 16 yaşlı oğlanı evdə ölmüş vəziyyətdə tapıblar

TVITMKVLELOBA

Marneuli Bələdiyyəsinin Qaçağan kəndində yaşayan 16 yaşlı oğlan həyatını intiharla başa vurub.

Qaçağan N1 saylı ictimai məktəbinin direktoru Zahir Hüseynov deyir ki, dünyasını dəyişən oğlan qaydaya əsasən onuncu sinifdə oxumalı imiş, ancaq artıq 5-6 aydır ki, valideynləri ilə birgə ərizə yazıb və məktəbdən çıxıb.

Hüseynovun dediyinə görə, o, indi hadisə yerində imiş, yalnız onu bilir ki, yeniyetmə özünü boğub, ancaq səbəbi məlum deyil.

O, eləcə də deyir ki, dünyasını dəyişən uşaq evdə tək imiş. Ailə üzvləri qohumlarının yas mərasiminə gediblərmiş.

“Marneuli” Radiosuna DİN-dən bildirilən məlumata görə, istintaq CM-nin 115-ci maddəsinə əsasən gedir və maddə şəxsi intihara qədər aparmanı nəzərdə tutur.

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register