Sabirkənddə elektrik enerjisi xəttləri problemi yenə də həll olunmayıb

eleqrto

Sabirkəntdə elektrik xətlərində olan qəza vəziyyəti yenə də öz həllini tapmayıb. Kənd sakini Elvin Məsimov “Marneuli” Radiosuna yenidən müracət edərək bildirib ki, onların problemləri ilə maraqlanan olmayıb. Kənd sakininin həyətyanı sahəsindən keçən yüksək gərginlikli elektrik xətti iki ildən artıqdır qəzalı vəziyyətdədir. Dəfələrlə kənd ərazisində işləyən “EnergoProGeorianın” işçisinə bildirsə də, o, bu məsələnin həll olmadığını deyir.

Biz 16 yanvar tarixində xəbər hazırlamışdıq və o vaxt “Energo Pro Georgia”nın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Avto Dvalişvili ilə danışmışdıq. O bildirmişdi ki, sakinin problemi yaxın gələcəkdə həll olunacaq.

“Bəli, sizin qeyd etdiyiniz abonentin problemi kompaniyaya məlumdur. Orada dirəyin yerləşməsində problem var. Yolun kənarındadır və abonentin həyətinə doğru biraz əyilib. İndi çalışmalar gedir ki, dirəyi necə düzəldək ki, nə yola nə abonentə zərər dəyməsin. Güman ki, bu həftə problem həll olunacaq” – deyə Avto Dvalişvili bildirmişdir.

Həmin günü “Energo Pro Georgianın” Marneuli xidmət mərkəzindən bizə zəng vuraraq məlumat verdilər ki, 17 yanvar tarixində həmin problemi aradan qaldıracaqlar. Amma 15 gün keçsə də həmin məsələ öz həllini tapmayaraq qalmaqdadır.

Bu gün Marneuli “Energo Pro Georgia”nın baş mühəndisi Caba Xaçidze bizimlə söhbət zamanı bildirdi ki, kənddə olan problemi gələn həftədən həll edəcəklər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register