Marneulinin 54 məktəbi odun sobası ilə isinir

fechi

Dünən, 1 fevral tarixində, Marneuli Bələdiyyəsinin Kürtlər kəndinin ictimai məktəbində yanğın baş verib. Yanğını məktəbin köməkçi heyəti yanğın söndürən xidməti gələnə kimi məktəbdə olan yanğına qarşı vasitələrlə söndürüblər. Məktəbdə yanğının baş verməsinə odun sobası səbəb olub.

Marneuli Bələdiyyəsində cəmi 74 məktəb var, onların çoxunda konkret olaraq 54 məktəbdə, müəllimlər və şagirdlər qışda odun sobası ilə mübarizə aparırlar. Marneuli Resurs Mərkəzin direktoru Kənan Ömərovun dediyinə görə, məktəblərdə mərkəzi istiliyin çəkilməsi baha başa gəlir və buna görə, bələdiyyənin yalnız 20 məktəbində istilik sistemi var.

Çanaxçı kəndi Marneuli şəhərindən 55 km də yerləşir. Çanaxçı məktəbi eləcə də Marneulinin digər 53 məktəbi kimi odun sobasından istifadə edir. Məktəb binasının özü isə 6 vaqonda yerləşir. Çanaxçı ictimai məktəbinin direktoru Manan Manukian bizimlə söhbət zamanı dedi ki, məktəbdə “Yanğın stendi” var ondan istifadə hələ ki, lazım olmayıb. Amma yanğın olan halda ümid edir ki, “Yanğın stendində” yerləşdirilmiş yanğına qarşı vasitə lazım olacaq.

Çanaxçı kəndinə qədər getməyə yalnız məsafə deyil həm də korlanmış yollar mane olur. Yanğın olan halda Marneulidən çıxmış yanğın briqadası məktəbə qədər təqribən bir saata gedib çata bilər, əgər yanğın söndürən birqada Sadaxlı kəndindən Çanaxçıya gedərsə 30 dəqiqəyə çatar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register