Əhali Kirəç Muğanlıda zibil qutularının artırılmasını tələb edirlər

4

Kirəç Muğanlı kəndi Marneuli şəhərindən 39 km məsəfadə sərhəd yani ərazidə yerləşir. Kirəç Muğanlı kəndi dağ yamacları və Xram çayı ilə əhatə olunub. Kəndin çıxışında isə sərhəd buraxılış məntəqəsi yerləşir. Həmin mətəqə isə beynəlxalq əhəmiyyətlidir. Bu Gürcüstan və Azərbaycan birləşdirən “Qırmızı Körpü” sərhəd keçid mətnəqəsidir. Hər il bu məntəqə turistlərə və ticarətlə məşğul olan şəxslərə xidmət  edir.

Ölkəyə gələn və gedən qonaqlar isə Kirəç Muğanlı kəndinin ərazisindən keçərək istədikləri bölgələrə gedirlər. Ona görədə kəndin baxımlı olması lazımdır. Amma bu belə deyil, kənd ərazisinə daxil olanda yığılıb qalmış eləcədə yol boyu səpələnmiş məişət tulantilarına rast gəlirsən.

5

Çay kənarında yaşayanlar isə öz məişət tulantilarınaı çaya atırlar və buda çayın çirklənməsinə səbəb olur. Kənd ərazisində sadəcə iki zibil qutusu yerləşdirilib o da kəndin girişində. Kənd əhalisi isə zibil qutusunun yetərsizliyindən şikayətçidilər. Onlar istəyirlər ki, kəndlərində zibil qutularının sayı artırılsın.

3

Məsələyə aydınlıq gətirmək üçün “Təmiz Marneuli” Qeyri-kommersiya təşkilatının direktoru Leri Mumladze ilə əlaqə saxladıq. Bizimlə söhbət zamanı Leri Mumladze bildirir ki, zibil qutularının gətrilməsini yaxın gələcəkdə gözləyirlər və bu müxtəlif kəndlərə bölünəcək. Kəndlərin siyahısına Kirəç Muğanlı da daxildir.

“Yaxında olmalıdır. Şəhərə yeni zibil qutulari qoyulacaq və köhnələri xidmət göstərdiyimiz kəndlərə aparacağıq”.

2

Marneulidə təqribən 200-ə qədər zibil qutusunun gətirilməsi planlaşdırılır. Ancaq konkret olaraq nə zaman olacaq bu haqda “Təmiz Marneuli”nin direktorunun məlumatı yoxdur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register