Marneulidə Knyaz Әliyevә dәstәk üçün yardım aksiyaları keçirilir
20 yaşlı Qardabani rayonunun Tbitskaro kəndinin sakini Knyaz Əliyev ürək çatışmazlığından əziyyət çəkir. Təcili olaraq ona ürək köçürülməlidir. Knyaza əməliyyat üçün 100 000 dollar lazmdır. Knyazgil ailədə üç uşaqdırlar və anası ilə birgə yaşayır. Əməliyyat üçün ailənin imkanı çatmır.
Xəstə hal-hazırda Digomi massivində yerləşən xəstəxanada müalicə alır. Ürək köçürülməsi əməliyyatı Gürcüstanda həyata keçirlmədiyi üçün onu xarici ölkədə, Belarusiyanın Minsk şəhərində əməliyyat olunması planlaşdırılır.
Biz Knyaz Əliyevin dayısı Vəli İbrahimovla əlaqə saxladıq və ondan xəstə haqqında məlumat əldə etməyə çalışdıq. O bildirdi ki, xəstənin vəziyyəti qənaətbəxşdi və tez bir zamanda əməliyyat olunmalıdır. Yalan məlumat yayaraq fırıldaqlıqla məşğul olan insanlarda üzə çıxdı. Onlar Knyaz üçün lazım olan məbləğin toplandığını bildiriblər, eyni zamanda Knyazın adına saxta hesablar açıldığı haqqında yalnış məlumatlar verilib. Vəli İbrahimov yalan məlumat yayanlarla mübarizə apardıqlarını və ailə tərəfindən verilən məlumata əsaslanmalarını istədi.
Knyaza yardım üçün dostları, könüllü insanlar, təşkilatlar, hökumət və qeyri hökumət təşkilatları dəstək kompaniyası başladıblar.
Könüllü gənclər Tblisidə, Rustavidə, Qardabanidə, Marneulidə, Bolnisidə, Dmanisidə köşklər yaradaraq pul toplamağa çalışırlar. Bununla yanaşı gənclər Azərbaycanlıların sıx məskunlaşdığı kəndlərə də gedərək Knyaz üçün yardım yığırlar.
Hal-hazırda Knyaz Əliyev üçün 73974 dollar vəsaitin toplandığı bildirilir və yenədə yardımlar davam edir.
4 fevral tarixində quruluşçu rejissoru və ssenari müəllifi olan Anar Rafiqoğlunun “Məni Bağışla” adlı tamaşa da baş tutacaq. Tamaşa Tbilisi şəhərində Qorqasali 1 ünvanında yerləşən Tbilisi Dövlət Azərbaycan Dram teatrında səhnələşdiriləcək. Tamaşa iki seansdan ibarət olacaq. Birinci seans 15:00-da, ikinci seans isə 18:00-da başlayacaq. Biletlərin satışından əldə olunan məbləğ Knayzın hesabına köçürləcək.
Marneulidə fəaliyyət göstərən Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Gürcüstan Milli Qan Bankı” dəstəyi ilə 3 fevral tarixnində saat 10:00-da “Çay Evində” (Tea House) Knyaz Əliyevə dəstək üçün qan vermə aksiyası keçirləcək və oradan toplanan vəsait onun hesabına köçürləcək.
Knyaz Əliyev üçün Marneulidə xeyriyyə konserti keçirləçək. Konsert “Yaradıcı Gənclər Akademiyası”nın təşkilatçılığı ilə Marneuli mədəniyyət evində baş tutacaq. Konsert 8 fevral 15:00-da başlayacaq. Konsertdə yerli marneulili müğəniləri iştirak edəcək. Konsertdən əldə olunan məbləğ Knyaz Əliyev üçün bankda açılan hesaba köçürləcək. Bu haqqda məlumatı Aqil Acalov verdi.
“İmam Əli” xeyriyyə fondu da aksiyaya qoşularaq 9 fevral tarixində saat 10:00-dan 18:00 kimi rəsm sərgisi həyata keçirəcəklər. Sərgidən yığılan məbləğ Knyazın hesabına köçürləcək bu haqqda məlumatı Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov məlumat verdi.
Xatırladaq ki, kömək etmək istəyənlər Knyazın anası İbarahimova Elfidanın adına açılan “Gürcüstan” bankındakı (Saqartvelo bank) hesab nömrəsinə məbləğ köçürməklə yardım göstərə bilərlər. Unutmayın edəcəyiniz kiçik yardımla belə Knyazın həyatını xilas edə bilərsiz.
Hesab nömrəsi:
GE77BG0000000047937600 GEL/USD/EUR
GE77BG0000000049557500 AZN/RUB
Əlaqə saxlamaq istəyənlər 595 16 14 81 nömrəsi ilə, dayısı Vəli İbrahimova müraciət edə bilərsiniz.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments