Kaxa Kaladze – son günlərdə bağçalarla bağlı məqsədyönlü şəkildə kampaniya gedir
Tbilisinin meri Kaladzenin məlumatına görə, yaxın günlərdə məlum olacaq ki, hansı kompaniya uşaq bağçalarının qida ilə təmin olunması tenderində qalib gəlib.
Tbilisi meri qeyd edib ki, kompaniya “Nili” qalib deyil.
“Elan olunmuş tenderdə, kompaniya “Nili” qalib gəldi çünki onun ən aşağı qiymətləri var idi. Ancaq tender komissiyasi onda texniki səhvlər qeydə aldı və diskvalifikasiya verdi. Yəni tender baş tutmadı. Bağçalara qida daxil olsun deyə “Nili” ilə bir aylıq müqavilə bağlandı. Bu günlərdə biləcəyik ki, qalib kompaniya kimdir. Bilirəm ki, son günlərdə bağçalarla bağlı məqsədli kompaniyalar gedir. Ancaq qida ilə bağlı hansısa pozuntular qeydə alınır. Biz heç kimə buna imkan verməyəcəyik. Hər şeyə kəskin reaksiya göstəriləcək”, – bildirib Kaladze.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments