Knyaz Əliyevin əməliyyatı üçün əlavə vəsaitin yığılması davam edir

urek

Son günlər Knyaz Əliyev üçün başladılan dəstək aksiyasında lazım olan 100.000 dollar məbləğin toplandığını lakin yenidən 50.000 dollar da lazım olduğu haqqında sosial şəbəkələrdə məlumatlar yayıldı. Sosial şəbəkə istifadəçilərini bu məbləğin nəyə lazım olduğu sualı maraqlandırır. Biz də radio “Marneuli “ olaraq qaranlıq məqamlara aydınlıq gətirmək üçün Knyaza görə başladılan dəstək aksiyasına bir növ rəhbərlik edən Qardabani Bələdiyəsindən majaritor deputat Savalan Mirzəyevlə əlaqə saxladıq.

O, bizimlə söhbət zamanı əvvəldən məbləğin 100.000 dollar civarında olduğunu və bu məbləğin yığılması üçün dəstək aksiyasını başlatdıqlarını bildirdi.

“Əvvəldən deyilmişdiki 100.000 dollar civarında onun ürək əməliyyatıdı üstəgəl onun orda əlavə xərcləri var, tək ürək əməliyyatı deyil ki. Gürcüstandan kimlərki əməliyyat olunubdu onlar 95.000-120.000 arasi vəsait xərcləyiblər. Onun  danışıqlar aparılan ailə üzvlərinə  bildiriblər ki, xərclər üçün təxminən 150.000 civarında məbləğ lazımdır”-deyə Savalan Mirzəyev bildirdi.

Bizi maraqlandıran suallardan biri də niyə məhz əməliyyat üçün Belarusiyanın Minsk şəhərinin seçilməsi idi. Savalan Mirzəyev bu suala da aydınliq gətirdi.  “ Türkiyədən deyilənə görə bu əməliyyat ilk növbədə türk vətəndaşlarına olunur. Ordan Miniskidən fərqli olaraq daha çox məbləğ tələb olunmuşdu. Həmçinin İsraildən də daha cox məbləğ tələb olundu. Minskdə keçirilən ürək köçürülməsi əməliyyatları bizə verilən məlumata görə daha çox  müvəffəqiyyətli olur. Hal-hazırda Gürcüstandan orda 6 nəfər ürək köçürülməsi əməliyyatı keçirib”  – deyə o, bildirdi.

Deputat bu zamana qədər hansı ölkələr və klinikalarla danışıqlar aparıldığı haqqında da məlumat verdi.

“Bizim Hindistanla danışıqlarımız oldu lakin ora ucuş müddəti çox olduğundan Knyaz Əliyevin bu günkü vəziyyətinə görə həm Hindistan tərəfində həm də bizim həkimlərdə bu müddət narahatlıq doğurdu. Çinlə də eyni problemi yaşadıq. Minskin Dövlət Kardioloji klinikası ilə isə hal-hazırda danışıqlar gedir “ – deyə Savalan Mirzəyev bildirdi.

Həmçinin onun sözlərinə görə Knyaz Əliyevin vəziyyəti orta ağırdır. Hal-hazırda o, cihaza qoşulu vəziyyətdədir. Onu cihazdan ayırdıqları zaman təzyiqi düşür və ürək fəaliyyəti zəifləyir.

Knyaz Əliyevin səhhətində yaranan problem haqqında məlumat yayıldıqdan sonra ölkənin bir çox bölgəsində ona dəstək üçün aksiyalar keçirilməyə başlandı. Hal-hazırda onun anası İbarahimova Elfidanın adına açılan “Gürcüstan” bankındakı (Saqartvelo bank) hesab nömrəsində 110.310 dollar məbləğ yığılıb.

Siz öz yardımlarınızı bizim aşağıda göstərdiyimiz “Gürcüstan” bankındakı (Saqartvelo bank) hesab nömrələrinə edə bilərsiz.

Hesab nömrəsi:

GE77BG0000000047937600 GEL/USD/EUR

GE77BG0000000049557500 AZN/RUB

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register