Tədris və Elmi İnfrastrukturun İnkişaf Agentliyi məktəblərin tikintisi səlahiyyətindən azad olur
Məktəb binalarının yenidən qurulması yerli bələdiyyələrə tapşırılacaq. Tədris və Elmi İnfrastrukturun İnkişafı Agentliyi məktəblərin tikinti və yenidən qurulması həyata keçirməyəcək. Agentliyin direktor müavini Qiorqi Tinadzeyə məlumatına görə, onların işini bələdiyyənin fondu ilə birgə yerli bələdiyyələr həyata keçirəcək.
“Artıq məktəbləri yerli bələdiyyələr tikəcək və təmir edəcək. Biz əlaqə saxlayırdıq, yerli bələdiyyəyə qrupumuzu göndərirdik və onlar vəziyyəti öyrənirdilər. İndi isə belə olmayacaq. Yerli özüneidarə özü qərar verəcək”.
Tədris və Elm İnfrastrukturu İnkiafı Agentliyinin 2018-ci ildə həyata keçirdiyi layihələrin siyahısında Marneulinin Çanaxçı kəndində olan vaqonlu məktəb də var. Qeyd olunan agentlik öz öhdəliyini artıq həyata keçirməyəcəyinə görə məktəblərin tikintisi ilə bağlı bələdiyyə öhdəlik götürməli olacaq ancaq nə zaman olacağı hələ məlum deyil.
“Çanaxçıya gəldikdə isə deyim ki, biz hazır olan layihəmizi verəcəyik və onlar artıq tender elan edəcəklər. Geridə qalanını daha özləri işləyəcək”.
Yeni təşəbbüs hökumət tərəfindən hələ qəbul edilməyib. Mexanizm necə işləyəcək bununla bağlı səlahiyyətli müəssisələr danışmırlar. Bələdiyyənin inkişaf fondu və yerli bələdiyyələr arasında hansı növ əməkdaşlıq olacağı da məlum deyil.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments