“Gürcü dilini öyrənmək üçün niyə pul ödəməliyəm” – Gürcüstan vətəndaşı

gakv

Emin Yadigarov 2006-cı ildə Marneulinin 6 saylı ictimai məktəbini bitirib. Gürcü dilini bilmirmiş və buna görə də onun iki seçimi var imiş. Azərbaycana və ya Türkiyəyə təhsilini davam etdirmək üçün getmək. Eminin dediyinə görə Türkiyədə o, daha yaxşı təhsil ala bilərdi və orada təhsil almağa qərar verib.

Emin Türkiyənin Universitetində tarix-diplomatiya fakultəsinin bakalavr pilləsini bitirib və magistratura təhsilini də bu istiqamətdə davam edib. O, magistraturanın bir ilini Türkiyədə, ikinci ilini Çexiya universitetində bitirib. Çexiyada təhsili zamanı o, bir proqram haqqında öyrənir və bununla Almaniyada bir il ərzində etnik azlıqlar haqqında araşdırma aparıb. Eminin dediyinə görə, proqrama əsasən o, tədqiqatı ingilis dilində aparmalı imiş. Amma Almaniyada ondan alman dilini öyrənməyi tələb ediblər.

“Tədqiqatı Almaniyada ingilis dilində aparırdım. Baxmayaraq ki, orada məndən alman dilini öyrənməyi tələb etdilər mənə dedilər ki, təmənnasız kurs var və onu keçməliyəm”.

Emin alman dilinin tədərisi üçün 6 aylıq kurs keçib. Kursun proqramı 600 saatlıq davamlı tədris tələb edirmiş, həftədə 25 saat. O, deyir ki, alman dilini öyrənmək A1 səviyyədən başlayır və 6 ay keçdikdən sonra isə B1 səviyyəsinin sertifikatını alıb.

Yadigarov alman dilindən əlavə eləcə də azərbaycan, rus, ingilis və türk dillərini də bilir. Təhsilini bitirəndən sonra isə o, Gürcüstana çalışmaq üçün qayıdıb. Özünün dediyinə görə, iş tapmaq çətindir çünki gürcü dilini bilmirmiş. Buna görə o, “Jvaniya məktəbinə” gürcü dilinin A2 səviyyəsinin kursunu keçməyə qərar verib. 3-4 aydır ki, Emin kursun başlamasını gözləyir.

“Dedilər kurs açılan kimi əlaqə saxlayacaqlar. Ancaq Jvaniya məktəbindən artıq 3-4 aydır ki, səs gəlmir.Mən maraqlandım ki, harada gürcü dilini öyrənə bilərəm. Hamıdan soruşdum dedilər ki fərdi repetitora getməliyəm. Ancaq dövlət dilimi öyərnmək üçün niyə pul ödəməliyəm. Xaricdə alman dilini təmənnasız öyrənirdim”.

Marneuli Bələdiyyəsində Jvaniya məktəbinin regional mərkəzi fəaliyyət göstərir. Mərkəzin 10 müəllimi var, bir müəllimin isə 2 qrupla işləmək hüququ var. Jvaniya məktəbinin Marneuli regional mərkəzinin koordinatoru Cəmilə Hüseynova “Marneuli” Radiosuna müsahibəsində deyir ki, hər müəllimin 2 qrupu var və buna görədə vaxtında yeni qrup yaratmaq alınmır. Jvaniya məktəbinin Marneuli regional mərkəzinin koordinatoru eləcə də qeyd etdi ki, A2 səviyyəli qrupun yaradılması üçün ən az 12 dinləyici olmalıdır.

“Bizdə 2 nəfər qrup açılmır. Bu fərdi dərs deyil ki, bir nəfərə qrup açaq. Həmdə səviyyələr də fərqlidi. 15 nəfər ən azı 12 nəfər olmalıdır ki, yeni qrup yaradaq”.

Almaniyadan frəqli olaraq Gürcüstanda gürcü dilinin öyrənilməsi üçün proqram 120 saatdan ibarətdir. Həftədə altıdan on saata qədər, üç saat ərzində.

Jvania məktəbinin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Tinatin Mjavanadzenin sözlərinə görə Jvaniya məktəbində qüvvədə olan  1 səviyyə üçün 120 saatdan ibarət tədris kursu beynəlxalq təcrübədən dolayı yaradılıb. Eləcə də qeyd edilməlidir ki, Almaniyadan fərqli olaraq Gürcüstanda dövlət dilini öyrənmək xarici vətəndaşlar üçün pulludur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register