Bələdiyyənin sıravi üzvü 397 lari əvəzinə 600 lari alacaq

Bu gün, 6 fevral tarixində Marneuli Bələdiyyəsinin növbəti bələdiyyə məclisinin iclası baş tutub. İclasda müzakirə ediləcək ikinci məsələ Marneuli Bələdiyyəsinin bələdiyyə məclisi üzvünün səlahiyyətlərini həyata keçirməsi ilə bağlı xərclərin ödənməsi haqqında idi.
Məsələnin məruzəçisi bələdiyyə məclisinin Maliyyə-Büdcə Komissiyasının sədri Roman Tabatadze idi. O, bələdiyyə məclisi iclasında bildirdi:
“Marneuli Bələdiyyəsinin 2018-ci il 1 yanvar tarixində N13 sərəncamı əsasında Marneuli Bələdiyyəsinin bələdiyyə məclisi sədrinin maaşının, yerli özünüidarəetmə məcəlləsinə və Gürcüstan orqanik qanununa uyğun olaraq müəyyən edilməsini nəzərə alaraq, bələdiyyə məclisi üzvləri üçün deputat səlahiyyətlərinin həyata keçirilməsi xərci artır”.
Marneuli bələdiyyə məclisinin sıravi üzvü bu gündən 397 lari əvəzinə 600 lari alacaq.
Qeyd etmək lazımdır ki, iştirak edən deputatlar məsələni yekdilliklə qəbul ediblər.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments