Uşaq bağçalarının yetirmələrinə kartlar paylanacaq və onlar gündəlik elekton qeydiyyata alınacaqlar

kecid

Uşaq bağçalarında turniketlər qoyulacaq. İPN-ə Uşaq Bağçalarının İdarəsi Agentliyinin rəhbəri Kaxaber Qvantseladzenin verdiyi məlumata görə, turniketlər vasitəsilə uşaqların və eləcə də administrasiya əməkdaşlarının və dayə-pedaqoqların gündəlik qeydiyyatı olacaq.

“Bu sistemin real tənzimləməsidir ki, yeni texnologiyalara, konkret olaraq kart sisteminə keçməyimizi nəzərdə tutur. Elekton şəraitdə uşaqların, eləcə də müəllimlərin qeydiyyata alınması olacaq. Valideynlərin özü də uşaqları aparanda qeydiyyat edəcəklər. İndi qeydiyyata alma dayə-pedaqoqlar tərəfindən baş verir və sonra administrasiya bundan istifadə edir. Bu isə onların müəyyən qədər vaxtını alır. Gələcəkdə isə qeydiyyat avtomatik olaraq həyata keçiriləcək”, – bildirib Qvantseladze.

Onun sözlərinə görə, turniketlər üçün valideynlərə kartlar paylanacaq və uşaqları bağçaya aparanda ondan istifadə edəcəklər.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register