Uşaq bağçaları pedaqoqlarının maaşı ola bilsin sertifikatlara əsasən müəyyən olunacaq

bagca muellim

Uşaq bağçalarının dayə-pedaqoqları, məktəb pedaqoqları kimi sertifikatlara tabe olacaqlar. Qeyd olunan məsələ haqda Uşaq Bağçaları İdarəsinin Agentlik Konsepsiyasında söhbət gedir.

İPN-ə Uşaq Bağçaları İdarəsi Agentliyinin rəhbəri Kaxaber Qvantseladzenin bildirdiyinə görə, sertifikatlaşdırma maaşın artırılmasına və kvalifikasiyanın yüksəlməsinə istiqamətlənəcək.

“Yaxın gələcəkdə bizim tərəfimizdən HR strategiyasının işlənməsinə başlanacaq və bu insan resurslarının idarəsi strategiyasının yaranması deməkdir. Konkret olaraq kvalifikasiyanın artırılmasına istiqamətlənəcəyik. HR strategiyası aktual məsələni əhatə edir, bu deməkdir ki, gələn illərdə maaşlar artacaq.

Sertifikatlaşdırmanın hansı meyarlara əsasən olacağı haqda isə konkret olaraq HR strategiyası hazır olandan sonra danışacam. Hal-hazırda bu strategiyanın işlənilməsi üzərində çalışmalar gedir”, – bildirib Qvantseladze.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register