Mixail Saakaşvilinin ev məhbusluğu müddəti başa çatıb
“Fevarlın 6-da gecə Mixail Saakaşvilinin ev məhbusluğu müddəti başa çatır”, – bu haqda Gürcüstanın keçmiş Prezidentinin vəkili Ruslan Çernolutski “Interfaks Ukraynaya” bildirib.
“Mixail Saakaşvilini Prokurorluq 5 dekabrda ittiham edib. Kiev Appelyasiya məhkəməsinin qərarı ilə həbs cəzasının müddəti 6 fevral tarixində gecə başa çatır. Bundan sonra Saakaşviliyə qarşı heç bir məhdudiyyət yoxdur”, – bildirirb vəkil.
Onun sözlərinə görə, həbs tədbirinin müddətini davam etdirmək üçün Baş Prokurorluq məhkəməyə müraciət etməlidir və arqument, səbəblər təqdim etməlidir.
Vəkilin sözlərinə görə, bu qərar hakimiyyətin “siyasətçinin” statusunu təmizləsin istəyinə bağlana bilər və onun Gürcüstana ekstradasiyasını həyata keçirsinlər.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments