Əksəriyyətini qadınların təşkil etdiyi şuraya Amiran Qiorqadze rəhbərlik edəcək

stereotypes

Bu gün, 6 fevral tarixində Marneuli Bələdiyyəsinin iclası baş tutdu. İclasda müzakirə olunan mövzulardan biri bələdiyyədə gender şurasının yaradılmasına aid idi. Marneuli Bələdiyyəsində geder şurası artıq yaranıb. Bu haqda Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadze danışdı.

“Bu gündən gender şurası fəaliyyətə başlayır. Sədri mənəm. Əksəriyyəti qadınlar olacaq. Yaxın günlərdə görüşümüz olacaq və işləri necə davam etdirəcəyimizi planlaşdıracağıq”.

Gender şurası əsasən ictimai məmurlardan toplanacaq. Orada QHT nümayəndəsi yalnız bir nəfər olacaq. Nona Samxaradze gender şurasında Marneuli Demokrat Qadınlar Təşkilatını təmsil edir, onun sözlərinə görə, hələ bilmir rekomendasiya xarakteri daşıyan şura necə fəaliyyət göstərəcək. Nona Samxaradze gender şurasının çalışmasının vacib olduğu istiqamətlərdən də danışdı.

“Munisipal proqrama maksimum dərəcədə qadın, kişi, oğlan, qız  qoşulmalıdır və sonra bunun monitorinqi, analizi olmalıdır ki, görək kim istifadə edir kim yox. Hamıya bərabər əlçatan olmalıdır. İkinci məsələ isə odur ki, yerli hakimiyyət mütləq erkən evliliyə dair cavabdehlik götürməlidir və onlar bunun aradan qaldırılması üçün hansı rolu yerinə yetirə bilərlər”.

Nona Samxaradzenin sözlərinə görə, gender şurasının çalışmalı olduğu üçüncü istiqamət qadınlar otağına aiddir. Onun daha çox yükü və il ərzində konkret iş planı olmlıdır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register