Marneuli bələdiyyə məclisinin öz PR xidməti olacaq

sakrebulooo

Marneuli bələdiyyə məclisinin PR və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi olacaq. Bələdiyyə məclisi aparatının rəhbəri Nino Beridzenin dediyinə görə, hal-hazırda bu vəzifə üçün namizədlərin seçimi mərhələsindədirlər.

“Bələdiyyə məclisində PR və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifəsinə vakansiya var idi. Müsabiqə başa çatdı. İndi seçim mərhələsi davam edir. Beş gün vaxtımız var. müsabiqə komissiyası tərəfindən seçilmiş namizədlərin təqdimatı zamanı bəələdiyyə məclisinin sədri qalib gəlmiş namizədlər arasından kimin təqdim olunması barədə seçimini edəcək. Bizim PR və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisimiz olacaq və öz səlahiyyətləri daxilində işini görəcək”.

Beridzenin dediyinə görə, bələdiyyə məclisi üçün ayrıca saytın yaradılmasına və ya facebook səhifəsinin yaradılmasına mütəxəssis qərar verəcək.

“Marneuli” Radious

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register