Türkiyənin Gücüstandakı səfiri Temur Abazovla görüşüb

turqetis elchi

Bu gün fevral ayının 6-da Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Seren Yazqan Marneuli meriyasına səfər edib. O, Marneuli meri Temur Abazovla görüşüb. Səfirin dediyinə görə, Marneuli onun üçün strateji regiondur.

“Gürcüstanın hər bölgəsi Türkiyə üçün çox önəmlidir. Amma Tblisiyə ən yaxın oması, əkin sahələri, turizim potenisialı, sənaye potenisialının olmasına görə Kvemo Kartli bölgəsinə gəldim. Rustavidə cənab qubernatorla görüşdüm. İndi də hörmətli merlə görüşdük. Bu mənim Tblisidən kənarda ilk səfərimdir və araşdırma mərhələsindəyəm. Gürcüstandakı potenisalı öyrənməyə çalışıram. Burada ayrıca türkcə danışan Gürcüstan vətəndaşları var. Dolayısı ilə bu bölgəni tanımaqdan məmmun oldum və çox gözəl mənzərəli, çox gözəl bir ölkədir Gürcüstan. Marneuli də ölkənin çox gözəl bir parçasıdır”.

Temur Abazov deyir ki, Türkiyə səfiri gələcəkdə sərmayə yatırılması barədə də söhbət açıb.

“Görüş məlumat xarakteri daşıyırdı. Biz gələcək planlardan danışdıq. Həmçinin Fatimə xanım tərəfindən gələcəkdə sərmayə qoyulması barədə təklif irəli sürüldü. Bu ilk görüş idi. Görüşlər davam edəcək, işgüzar xarakterli görüşlər olacaq və daha konkret hədəflər barədə söhbət edəcəyik”.

Temur Abazov bu gün Türkiyə səfiri ilə yanaşı Türkiyənin “TİKA” təşkilatının nümayəndələri ilə də görüşüb.

“Marneuli. Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register