Kvirikaşvili: Kəndlərdə mini kanat yolunun montaj edilməsinə başladıq

giorgi kvirkasvili

Gürcüstan hakimiyyəti dağlıq kəndlərə mini kanat yollarının montaj edilməsini planlaşdırır. Bu haqda bu gün baş tutan hökumət iclasında Giorgi Kvirikaşvili danışıb. Baş Nazirin sözlərinə görə, İqtisadiyyat Nazirliyinin dağlıq kurortların inkişafı kompaniyası alman istelakçı aşkarlayıb və onlar mini kanatlar istehsal edirlər, uzunluğu isə 300 metrə qədərdir. Dəyəri təqribən 25 min avronu təşkil edir.

Kvirikaşvilinin dediyinə görə, mini kanat yollarının pilot layihəsi Svanetidə, Uşqulda, Uşxvanarda, Mazerdə, Etser və Daba Lentxeşdə artıq montaj edilib və istifadə olunur. Məhz buna görə də kanatların montaj edilməsi başqa dağlıq regionlarda da davam etdiriləcək.

O, qeyd edib ki, kanatlar, ən azı turistləri cəlb edəcək və dağda yaşayan uşaqlara daha artıq əyləncə imkanı verəcək.  Baş Nazir bildirib ki, sosial infrastrukturun inkişafına daha çox yazdan başlanılacaq.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register