16 yaşlı qızın nişanlanmasına məktəb direktoru reaksiya göstərdi

adreuli kortsineba

“Marneuli” radiosu Marneuli ictimai məktəblərindən birində  16 yaşlı qızın nişanlanması barədə məlumat əldə etdi. Həmin qız dərs prosesinə adi qaydada davam edir. Məktəb rəhbərliyi bu məlumatı təsdiqlədi və bildirdilər ki, hadisəyə öz səlahiyyətləri daxilində reaksiya göstəriblər və Marneuli Sosial Yardım Agentliyinə və Xalq Müdafiəçisinin nümayəndəsinə müraciət ediblər.

Gender məsələləri üzrə yerli ekspert Nona Samxaradze məktəbin reaksiya göstərməsinin Marneulidə ilk hal olduğunu bildirir.

“Bu hal mənim üçün də yad və nadirdir, direktorun məlumat verməsinə mən də təəccübləndim. Daha yaxşı olar ki, Sosial Agentlik və Xalq Müdafiəçisinin nümayəndəsinə də məsələ ilə bağlı məlumat verilsin. Çox yaxşı haldır ki, məktəb direktoru məlumat verib. Bundan sonra qızın dərslərə getməsi, məktəbi bitirməsi və 18 yaşınadək onun iradəsinin əksinə hərəkət olmaması artıq dövlətdən asılıdır. Belə ki, valideynləri deyirdilər ki, bu qızın arzusudur. Məndə olan məlumaata görə, qız evlənmək istəmir. Bu məsələyə ehtiyatla yanaşmaq lazımdır”.

Samxaradzenin sözlərinə görə, əsas rol Sosial Agentliyə həvalə olunur. Həmçinin, məsələnin aydınlaşdırılması və qızın zorakılıq qurbanı olub-olmamasının müəyyən olunması məqsədilə psixoloqların məsələyə qarışması da vacibdir. Sosial Yardım Agentliyinin Marneuli şöbəsinin əməkdaşı Teona Sisvadze deyir ki, bu faktla bağlı bu gün məlumat alıblar. O, bildirir ki, belə hallarda onların vəzifəsi həddi-büluğa çatmamış şəxslə və onun ailəsi ilə söhbət etməkdir.

“Əgər bu fakt təsdiqini taparsa, ilk növbədə ailəyə gedirik, işə polisi də qoşuruq, həddi-büluğa çatmamış şəxslə özümüz işləyirik. Tövsiyə prosesini keçməklə nişanlandıqdan sonra qızın məktəbə gedib-getmədiyini aydınlaşdırmaq üçün məsələyə məktəbi də qoşmaq mümkündür. Psixoloqa gədlikdə isə, vəziyyət aydınlaşdırıldıqdan sonra ehtiyac olarsa o da işə qoşulur.”

Qeyd olunan faktın araşdırılmasına sabahdan başlanıılacaq. “Marneuli” radiosu hadisələri izləməyə davam edəcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register