Yol baryerlərinin yoxa çıxması haqqında Nəqliyyat Yol Departamentinin məlumatı yoxdur

yol4

2015-ci ildə Tsereteli-Mirzoevka-Böyük Muğanlı-Kosalı magistral yolu yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir. Yeddi kəndi birləşdirən bu yoldan gün ərzində kənd sakinləri, beynəlxalq yük daşıma və xarici ölkədən gələn nəqliyyat vasitələri istifadə edirlər. Buna görə də yolun baxımlı olması önəmlidir.

yol3

Yolun yenidən qurulmasından sonra isə yol boyu yol nişanları və su kanlının keçdiyi ərazilərdə isə qoruyucu baryerlər qurlaşdırılmışdı. 2017-ci ildə isə həmin qoruyucu baryerlər və dirəklər sökülərək oğurlanıb. Hadisə yolun 5 və 6 km-liyində kəndlərin əkin sahəsinin suvarılması üçün su kanalı keçən ərazidə qeydə alınmışdır. Məhz bu magistral yol Marneuli ilə yeddi kəndi birləşdirən yeganə əsas yoldu.

yol2

Xatırladaq ki, magistral yolun yenidən qurulmasına 2015-ci ildə dövlət büdcəsindən 7 milyon 750 min lari ayrılıb.

yol1

Biz məsələyə aydınlıq gətirmək üçün “Marneuli” radiosu olaraq Nəqliyyat Yol Departamentinə məlumat verdik. İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi məlumatı yerli nəzarət xidmətinə çatdırdı. Əgər nəzarət xidməti məlumatı təsdiqləsə, patrul xidmətinə məlumat veriləcək, departament isə bərpa işlərinə yaxın gələcəkdə başlayacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register