Ədviyyatlarla bağlı riskin nəzarəti üçün müvəqqəti ölçülər qüvvəyə minəcək

სუნელები

Gürcüstan hökumətinin sərəncamına əsasən, ədviyyatların istehsal-işlənilməsi və bazara çıxarılması ilə bağlı, risk idarəsinin müvəqqəti ölçüləri qüvvəyə minəcək. Milli Ərzaq Mühafizəsi Agentliyinin rəsmi veb-səhifəsində oxuyuruq ki, Fiziki şəxslər (Fərdi istehsalçılardan başqa) tərəfindən ədviyyatların istehsalı və ya işlənilməsi qadağan olunur. Fiziki şəxslər tərəfindən ədviyyatların işlənməsi yalnız o, halda mümkündür ki, istifadəçinin gözü qabağında yerində hazırlanır. Biz maraqlandıq ki, bu baxımdan Marneuli bazarında vəziyyət necədir. Satıcılar bildirirlər ki, yeni tənzimləmə haqqında heç bir məlumatları yoxdur.

Risk idarəsinin müvəqqəti ölçülərinin qüvvəyə minməsi müddəti ən azı 2 il müəyyən edilib. Milli Ərzaq Mühafizəsi Agentliyi tərəfindən 2017-ci ildə dövlət nəzarəti çərçivəsində aparılan laboratoriya araşdırmasının nəticəsi olaraq, ədviyyatların 187 nümunəsindən 33-də (18%) qurğuşun tərkibi aşkarlanıb. Pozuntular çox halda (88%), qeydiyyatdan keçməmiş fiziki şəxslərin və eləcə də müvəqqəti istehsalçıların məhsulunda qeydə alınıb. Müvafiq olaraq onlara qarşı dövlət nəzarət həyata keçirilmirmiş.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register