Dövlət “Amazon”-a oxşar platforma yaratmağı planlaşdırır
İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsişvilinin bildirdiyinə görə, 2018-ci ilin mayında Gürcüstan poçtu elektron kommersiya üçün yeni platformanı qüvvəyə mindirəcək.
Onun sözlərinə görə, elektron platforma vasitəsilə əhali, orta və kiçik biznes nümayəndələri sifariş verə və ya applikasiya vasitəsilə məhsullarını sata biləcəklər. Məhsul və xidmətlərin alış-satışı Gürcüstan poçtu vasitəsilə ölkədən kənarda da mümkün olacaq.
“Bunun bir çox uğurlu nümunələri var. İndi həmin kompaniyalar dünyada qiqant olaraq nümayiş olunurlar. Məsələn ebay.com, amazon.com və.s. Bu bizdə də müknüdür”, – deyə bildirib nazir.
Mənbə: netgazeti.ge
Amil Məmmədov2286 Posts
0 Comments