Əfqan Muxtarlıya 2 günlük ailəsini görmək hüququ veriblər

afgan-muxtarli

Tbilisidən qaçırılmış və azərbaycanda həbs edilmiş jurnalist Əfqan Muxtarlını 2 günlük, bacısının və bacısı uşaqlarının ölümünün qırx günündə, həbsdən azad ediblər.

Muxtarlı Zaqataladadır. Onun bacısını və bacısı uşaqlarını 31 dekabrda kirayə qaldıqları evdə ölmüş vəziyyətdə tapıblar. Ölümün səbəbi isə təbii qazdan zəhərlənmə olub.

Azərbaycanlı araşdırmaçı jurnalist ailəsi ilə birgə Tbilisidə yaşayırmış. 2017-ci ilin 29 may tarixində jurnalisti Tbilisiən qaçırıblar və bir neçə saata isə o, Azərbaycan ərazisində olub.

Onu bir neçə maddəyə əsasən ittiham ediblər. Muxtarlının saxlanılması Tbilisidə kütləvi etiraz aksiyalarına səbəb oldu. 19 iyulda Muxtarlının vəkilləri Gürcüstan və  Azərbaycana qarşı Strasburq İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Əfqan Muxtarlının həyat yoldaşı, eləcə də araşdırmaçı jurnalist Leyla Mustafayeva da son illərdə Tbilisidə yaşayırmış. O, yoldaşının qaçırılmasından sonra olan risklərə görə, azyaşlı övladı ilə birgə yaşamaq üçün Avropanın ölkələrindən birinə gedib.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register