Məktəbdə şagirdlərin mübahisəsini həll etmək üçün polis çox gec gəldi

moswavleebis konfliqti

Fevralın 7-də Marneulinin 8 və 1 saylı ictimai məktəbinin şagirdləri arasında mübahisə yaranıb. Direktor polis çağırıb. Ancaq gec gəliblər. Keti Mğebrişvili Marneulinin 1 saylı ictimai məktəbinin müəllimidir və o, özü mübahisəyə müdaxilə etmək məcburiyyətində qalıb. Çünki onların məktəbində mandator xidməti yoxdur. Hal-hazırda öz məktəb binalarının tikintisinə görə şagirdlər 8 saylı ictimai məktəbə sığınıblar. Mandator heç o, məktəbdə də yoxdur. Merabişvilinin böyük istəyi var ki, məktəbin oxşar xidməti olsun ki, məktəbdəki vəziyyəti nəzarət etsinlər.

“Çox istərdim ki, bizdə də mandator olsun. İki məktəb bir yerdədir. Şagirdlər arasında da narazılıq olur. Dünən 1 və 8 saylı ictimai məktəbin şagirdləri arasında mübahisə düşmüşdü. Biri deyir bizim sinifə girmə o birisi deyir sən ikinci növbədənsən və qarşıdurma yaranır. Artıq iki dəfədir polis çağırıram. Onlar da haradasa çağırışda olur və gec gəlirlər”.

Marneulidə cəmi 74 məktəb var, onlardan isə yalnız 6-da mandator var. 300 nəfərdən çox şagirdin təhsil aldığı, Sadaxlı N1, N2, Marneulinin N5, N6, N2 və N3 saylı məktəbindədirlər.

Ola bilsin mandatorlar 300 dən az şagirdi olan məktəbə də daxil oldular. Məlumatı İPN Daxili İşlər Nazirinin müavini Natia Mezvrişvili ilə müsahibədən sonra yayımlayıb. O, lazım olduğu halda mandator xidməti olmayan məktəblərə də mandatorların daxil olmasını istisna etmir.

Mezvrişvilinin sözlərinə görə madatorların Gürcüstanın bütün məktəblərinə daxil olması da istisna deyil. Mandator xidmətinin gücləndirilməsi ilə bağlı DİN və Təhsil nazirliyi arasında müzakirə məktəblərdən birində şagirdlərin mübahisəsinin iki yuxarı sinif şagirdinin dünyasını dəyişməsi ilə birməsindən sonra başlayıb.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register