“Yaradıcı Gənclər Akedemiyası”nın təşkilatçılığı ilə Knyaz Əliyevə dəstək konsert proqramı keçirildi

cya

Knyaz Əliyevin əməliyyatı üçün yardım aksiyası davam edir. Onun əməliyyatı üçün lazım olan vəsait artıq toplanmasına baxmayaraq əməliyyatdan sonra müalicə üçün yardım aksiyaları davam edir. Knyaz Əliyev 6 fevral tarixində gecə satllarında əməliyyat üçün Belarusiyanın Minsk şəhərinə yola salınıb.

Bu gün, Marneuli mədəniyyət evində “Yaradıcı Gənclər Akedemiyası”nın təşkilatçılığı ilə Knyaz Əliyevə dəstək konsert proqramı keçirildi. Biletlərin satışından əldə olunan vəsait Knyazın müalicəsinə sərf olunacaq. Bu haqqda “Marneuli” Radiosuna müsahibəsi zamanı “Yaradıcı Gənclər Akedemiyası”nın üzvü Vaqif Hüseynov bildirdi. O, onu da əlavə etdi ki, konsertə təxminən 200 bilet satılıb və biletlərin qiyməti 5 laridir.

Konsertə “Sarvan” və “Enquri” rəqs qrupları, Şaban Məmmədov, digər Marneulili müğənnilər və istedadlı gənclər çıxış etdilər.

Xatırladaq ki, Knyaz Əliyev ürək çatışmazlığından əziyyət çəkir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register