Piyadalar maşınlara səkidə yol verirlər
Marneuli küçələrində parkinq problemi bu günə qədər kəskin şəkildə durur. Piyadalar hər gün küçədə hərəkət etməkdə çətinlik çəkirlər. Maşınlara yol verməli olurlar. Rustaveli küçəsinin hissələrindən birində bir neçə bank yerləşir. Orada əhali çox olur, maşınların küçədə saxlamaq üçün yeri yoxdur və buna görə də onlar maşını səkidə saxlamalı olurlar və piyadaların yolunu kəsirlər. Piyadaların sözünə görə şəhərdə hərəkət etmək günü gündən mümkün olmur.
Səkidə maşınların saxlanılmasından əlavə Marneuli sakinlərini fiziki imkanları məhdud olan şəxslər üçün dayanacaq yerlərin olmaması da narahat edir.
Parkinq zonasının tənzimlənməməsi piyadalardan əlavə sürücüləri də narahat edir. Marneulili taksi sürücülərinin dediyinə görə, şəhərdə maşını yaxşı saxlamaq üçün yer yoxdur və klientlər taksiləri görə bilmirlər. Bələdiyyə tərəfindən dayanacaqların tənzimlənməsi ilə onlar da çalışa bilərlər.
“Marneuli” Radiosu artıq iki ildir ki, bu mövzu ilə maraqlanır. Hələ Merab Topçişvilinin icra başçılığı dövründə 2016-cı ildə bələdiyyədən demişdilər ki, parkinq probleminin həlli üçün mütəxəssislər dəvət edəcəkdilər.
İcra hakimiyyətinin vədinə baxmayaraq, bir il 3 ay müddətdən sonra şəhərdə dəyişiklik hiss olunmur. Parkinq pronlemi yenidən həll olunmamış qalmaqdadır ki, bunu İnkişaf, Planlaşdırma və statsitika şöbəsinin rəhbəri Davit Xarşiladze də təsdiqləyirdi.
“Marneuli” Radiosuna bu gün məlum deyil ki, problemin həlli üçün nəsə planlaşdırılır ya yox. Biz bu gün bir daha meriyanın iqtisadi inkişafın planlaşdırılması və statistika şöbəsinin rəhbəri ilə əlaqə saxladıq. O, qeyd etdi ki, məsələ ilə bağlı məlumatı yoxdur və bu mövzunu mətbuat xidməti vasitəsilə araşdırmamımızı məsləhət gördü.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments