Gürcüstanda 67 342 müəllimdən yalnız 9 pedaqoq ali kateqroiyalıdır

muellim

Gürcüstanda ümumtəhsil müəssisələrinin 67 342 müəllimindən yalnız 9 pedaqoq ali kateqoriyalıdır. Bu haqda İPN-ə “Müəllimlərin Milli Peşəkar İnkişaf Mərkəzindən” bildiriblər.

Məlumata görə, mentor statusu olan 9 müəllimin kvalifikasiyası ali kateqoriya olaraq dəyərləndirilir, onlardan 2 nəfəri özəl məktəbdə, 7 nəfəri isə ictimai məktəbdə çalışır.

Bununla yanaşı, rəsmi məlumata görə, bu günkü vəziyyətlə 67 342 müəllimdən ictimai məktəblərdə 59 093, özəl məktəblərdə isə 8249 müəllim çalışır.

Qeyd etmək lazımdır ki, bəzi müəllimlər ictimai və eləcə də özəl məktəblərdə çalışırlar.

Müəllimlərin maaşına gəldikdə isə, baş müəllim statusu olan müəllimin əlavəsi tam çalışma halında 320 laridən az olmur, aparıcı müəllim statusu olan müəllimin əlavəsi tam çalışma halında 700 laridən az olmur, (2018-ci ilin 1 fevralından), mentor statusu olan müəllimin isə əlavəsi tam çalışma halında ən az 1000 lari olur.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register