Qardabani Bələdiyyəsinin üzvü vəzifə səlahiyyətlərindən sui istifadə etmə ittihamına görə saxlanılıb

Qardabani Bələdiyyəsinin üzvü Qiorqi Dzanaşvilini prokurorluq xidməti səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlayıb, – qeyd olunan məlumatı İPN-ə prokurorluğun mətbuat xidmətindən təsdiqləyiblər.
“Təsdiqləyirik ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə faktına dair Qardabani Bələdiyyəsinin üzvü Gürcüstanın CM-nin 332-ci maddəsinin birinci hissəsi ilə saxlanılıb”, – deyilir Baş Prokurorluqdan. Digər detallar haqda indiki mərhələdə məlumat verilmir.
Giorgi Dzmanaşvili Qardabani Bələdiyyəsinin “Gürcü Arzusu”nun partiya siyahısı ilə qalib gələrək daxil olub. 332-ci maddənin birinci hissəsi vəzifə səlahiyyətlərindən sui istifadə etməyi və cərimə və ya 3 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur, eyni zamanda həbs və ya vəzifə səlahiyyətindən 3 il müddətinə məhrum edilməni də nəzərə alır.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments