Dünya çempionatı kuboku Tbilisidədir

FİFA-nın dünya çempionatı kuboku artıq Tbilisidədir. Kubokun qarşılanma mərasimi Tbilisi beynəlxalq aeroprotunda baş tutub və media, dövlət nümayəndələri mərasimdə iştirak ediblər. Həmçinin, Tbilisi meri Kaxa Kaladze və Parlamentari Mixeil Ğvaelaşvili də mərasimdə olub.
Dünya çempionatı kubokunu Gürücstana Koka-Kola, Tbilisi meriyası və Futbol Federasiyası ilə əməkdaşlıq nəticəsində gətirib. Kuboku hörmətli qonaq Kristian Karambe gətirib. Karambe 1992-2002-ci illərdə Fransa yığmasında oynayıb və 1998-ci ildə komanda ilə birgə dünya çempionu olub.
FİFA-nın dünya kuboku turuna Koka-Kola 2017-ci ilin sentyabrında başlayıb. Tur dünyanın 50-dən çox ölkəsini əhatə edir və 9 ay ərzində 126 000 kilometr gedir.
Mənbə: on.ge
Amil Məmmədov2286 Posts
0 Comments