Əfqan Muxtarlı Tbilisidən onun çıxarılması faktına dair məsuliyyəti Giorgi Kvirikaşvilinin üzərinə qoyub

afgan-muxtarli

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı “TV Pirveli” ilə telefon müsahibəsində onun Gürcüstandan qaçırılmasında məsuliyyətli şəxs olaraq Giorgi Kvirikaşvilini qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan üçün bu geriyə atılan addımdır. Muxtarlı xatırlayır ki, onu qaçıranlar gürcü dilində danışırdılar. Onun qaçırılması Tbilisidə evinə yaxın yerdə baş verib.

Başına torba geyindiriblər. Onun sözlərinə görə sərhəddi Laqodexidən keçiriblər. Nəticədə onu Azərbaycan hüquq-mühafizəçilərinə təhvil veriblər.

Muxtarlı söhbətində deyir  ki, qaçırılmazdan iki ay əvvəl onun həyat yoldaşını və dostlarını izləyirmişlər. Bu haqda isə Gürcüstan hüquq-mühafizəçiləri bilirdilər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register