“İmam Əli Xeyriyə Fondu”nun təşkilatçılığı ilə Knyaz Əliyevə dəstək üçün rəsim sərgisi keçirildi

Knyaz Əliyevin əməliyyatı üçün yardım aksiyası davam edir. Bu gün, 9 fevral tarixində Marneuli mədəniyyət evində “İmam Əli Xeyriyə Fondu”nun təşkilatçılığı ilə Knyaz Əliyevə dəstək üçün rəsim sərgisi keçirildi. Biletlərin satışından əldə olunan vəsait Knyazın müalicəsinə sərf olunacaq.
Bu haqqda “Marneuli” Radiosuna müsahibəsi zamanı aksiyanın təşkilatı işləri ilə məşğul olan Elvir Həsənoğlu bildirdi. O, onu da əlavə etdi ki, sərgidə təxminən 1000 bilet satılıb və biletlərin qiyməti 10 lari təyin olunub.
Onun əməliyyatı üçün lazım olan vəsait artıq toplanmasına baxmayaraq əməliyyatdan sonra müalicə üçün yardım aksiyaları davam edir.
Sərgiyə öz əl işlərini sərgiləyən tanınmış Marneulili rəssam “Gürcüstan Rəsamlar İtiffaqı”nın üzvi və “Gürcüstan Tbilisi Rəssamlar Fedarasiyası”nın üzvü Rizvan İsmayılov iştirak edirdi. O Radiomuza müsahibəsi zamanı bildirdi ki, bu sərgiyə qatıldığı üçün və Knyaz Əliyevin müalicəsi üçün az da olsa yardımının toxunduğuna sevinir.
Sərgidə həvəskar rəssamlarda iştirak edirdi. Onlar arasında Bolnisidən olan gənc rəssam Vüsal Rızayevdə iştirak edirdi. O sevinirdi ki, bu cür xeyriyyə məqsədi ilə yaradılan sərgiyə qatılıb.
Xatırladaq ki, Knyaz Əliyev ürək çatışmazlığından əziyyət çəkir. O, 6 fevral tarixində gecə saatlarında əməliyyat üçün Belarusiyanın Minsk şəhərinə yola salınıb.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments