Marneulidə istirahət seqmenti az inkişaf edib

ruka

Artıq 3 ildir ki, Milli Turzim Administrasiyası ölkə miqyasında dağ-piyada marşrutunun planı üzərində çalışır. Marşrutlar əsasən sahiblənməmiş ərazilərin dağ-piyada istiqamətlərə qoşulmasını əhatə edir. Marşurutların 80% meşə fondundan, bir hissəsi isə dağlıq ərazidən keçir.

“Marneuli” radiosuna Gürcüstan Milli Turzim Administrasiyasından bildirdiklərinə görə, marşrutların əsas missiyası regionların bir-biri ilə əlaqələləndirilməsidir.

Keçən il daxili və aşağı Kartli regionlarının marşrut tədqiqatı başa çatıb və bu il onların təyin olunması planlaşdırılıb.

Dağ-piyada cığırlarının marşrutu Marneulidə də yaradılıb. Onun vasitəsilə Marneuli, Bolnisi, Tetricğaro bələdiyyələri əlaqələndirilir və birgə şəbəkə yaradır. Milli Turizm Administrasiyasından bildirirlər ki, Marneuli bələdiyyəsində istirahət seqmentinin az inkişaf etməsinə görə, ilk mərhələdə daha çox Algeti, Tetricğaro və Tsalkanın turistik marşrutlarına işarələr qoyulacaq.

Dağ-piyada cığırlarının planlaşdırılması iki il bundan əvvəl işlənilmiş cığırların işarələnməsinin milli standartlarına əsasən həyata keçirilir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register