Gürcüstan vətəndaşları Fransaya iki gün ərzində viza əldə edə biləcəklər

Gürcüstan vətəndaşlarına viza verilmə müddəti 2 günə qədər azaldılacaq. Gürcüstan vətəndaşları bundan sonra turistik vizaları 48 saat ərzində əldə edə biləcəklər.
“Frans pressin” məlumatına görə Fransanln xarici işlər naziri Loren Fabius bildirib ki, Gürcüstan, Ermənistan, Türkiyə, Vyetnam və İndoneziya vətəndaşları 48 saat ərzində viza əldə edə biləcəklər. Çin vətəndaşları isə vizanı bir gün ərzində əldə edəcəklər.
Fransa və Gürcüstan xarici işlər nazirliklərindən heç biri bu haqda hələ ki, rəsmi məlumat verməyib.
Netgazeti.ge
0 Comments