Ailədə zorakılığını aradan qaldırmaq üçün DİN və SAİA birgə sənəd üzərində çalışırlar

tet 1

Bu gün, 9 fevral tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası” QHT-nın  nümayəndələri Marneuli bələdiyyəsi polis şöbəsinin rəhbəri ilə görüşüblər. Görüş tanışlıq xarakteri daşıyırmış və onun əsas mövzusu DİN və SAİA tərəfindən birgə tərtib olunan sənədin müzakirəsindən ibarət idi.

“Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”nın Rustavi ofisinin hüquqşünası, Gvantsa Sakanelaşvili DİN və SAİA tərəfindən birgə tərtib olunan sənədin mövzusu haqqında danışdı.

“Bu sənəd polisin səlahiyyətli şəxsləri tərəfindən doldurulan sənəddir. Bu risk dəyərləndirmə sənədidir. Bu sənədin doldurulmasının əsası qoyulsa və polislər üçün ailədə zorakılıq hallarına reaksiya zamanı ailəyə getdiklərində məcburi olarsa  polislər və vətəndaşlar üçün daha mühafizəli berket olacaq. Onlar yerindəcə zorakılığın sonradan təkrar olunması hallarına dair risk faktorları dəyərləndirmiş olacaqlar”.

Gvantsa Sakanelaşvilinin sözlərinə görə, indiki mərhələdə sorğunun formalaşdırılması prosesi gedir, onlar polis əməkdaşlarından sənədin onlara çalışma prosesində nə dərəcədə kömək edəcəyini dinləyirlər və sualların formalaşdırılması ilə bağlı rekomendasiyalar alırlar.

Qeyd olunan sənəd üzərində çalışmalar bir neçə ay bundan əvvəl başlayıb və il ərzində SAİA-nın hüquqşünasları Gürcüstanın bütün polis şöbələrinin nümayəndələri ilə görüşüblər və sənədin yekun versiyası üzərində işləyəcəklər.

Xatırladaq ki, keçən il DİN-in göstəricilərinə görə, Gürcüstan miqyasında ailədə zorakılığa dair 2192  fakt baş verib, hüquqi araşdırma isə 1603 halda başlayıb. Kvemo Kartli miqyasında ailədə zorakılıq zamanı 2 qətl halı, 5 sağlamlığa zərər vurma və 225 başqa zorakılıq faktı qeydə alınıb.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register