Kvemo Kartli qubernatoru 7 ayda maaş, əlavə və mükafat şəklində 43 084 lari alıb

gubernia

Kvemo Kartli qubernatoru bu vəzifəyə 21 may 2017-ci ildə təyin olunub. “İnfo Rustavi” Qubernator və onun müavinlərinin vəzifəyə təyin olunandan 2017-ci ilin sonunadək nə qədər qazanc əldə etdiklərini araşdırıb və müvafiq məktubla Kvemo Kartli quberniyasının rəhbərliyinə müraciət edib.

Qubernatorun aylıq maaşı 2950 lari olub, o, ayda bir o qədər də əlavə vəsait alıb. İlin sonunda isə 2065 lari mükafat alıb. Beləliklə, ümumilikdə qubernator Qriqol Nemsadze 7 ayda maaş, əlavə və mükafat şəklində 43 084 lari alıb.

Qubernatorun birinci müavini Aleksandre Metreveli 2360 lari maaş alıb. Bundan başqa o, 5 ay ərzində 1416 lari, oktyabr ayında 1352, noyabr ayında isə 1349 lari alıb. Bundan başqa Metreveli yeni il mükafatı olaraq 2124 lari alıb. Ümumilikdə o, 7 ay ərzində maaş, əlavə və mükafat şəklində 28 425 lari alıb.

Qubernatorun digər müavini Kaxa Koberidze 2250 lari aylıq maaş, əlavə olaraq isə ayda 1029 lari, yalnız sentyabr ayında isə 1029 lari alıb. Yeni il mükafatı isə 2025 lari olub. Ümumilikdə Koberidze 7 ay ərzində maaş, əlavə və mükafat şəklində 26 904 lari alıb.

Qubernatorun digər bir müavini Zaur Darğallı isə 2250 lari aylıq maaş, əlavə olaraq isə ayda 1350 lari, Oktyabrda isə 430 lari alıb. Yeni il mükafatı isə 2025 lari olub. Ümumilikdə o, 7 ay ərzində maaş, əlavə və mükafat şəklində 26 305 lari alıb.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register