Narkotik şübhəsi ilə saxlanılan şəxsin mənzilində axtarış aparılıb

Bu gün saat 15:40 radələrində Çolokaşvili kücəsində Kriminal polislər M. R. adlı şəxsin üzərində və maşınında narkotik maddə şüpəsi ilə axtarış aparmışlar. Hadisəyə şahid olan müxbirimizin verdiyi məlumata görə hal-hazırda polislər onun mənzilində axtarış aparır.
Hadisə yerindəki polislər məlumat verməkdən imtina etdilər. Qohumundan və anasından aldığımız məlumata görə onlar axtarışın səbəbini bilmirlər.
M.R. -in qohumlarının verdiyi məlumata görə o, narkotik maddəni alarkən kamera tərəfindən qeydə alınıb. Lakin onun üzərində, maşınında həmçinin mənzilində aparılan axtarış nəticəsində narkotik maddəyə rast gəlinməyib.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments