Leyla Məmmədova gender bərabərliyi şurasında nepotizm işarələri görür
Marneulidə Gender Bərabərliyi Şurası yaranıb. Bu haqda qərarı Bələdiyyə sonuncu iclasında 6 fevral tarixində verib. Məlum olduğu kimi şurada 9 üzv olacaq və onlardan biri isə QHT nümayəndəsi olacaq. Sosial şəbəkədən məlum olur ki, bu haqda Marneulidə çalışan QHT sektor nümayəndələri media vasitəsilə öyrəniblər. Onların bir hissəsi şura üzvlərinin bölünməsinə etiraz ediblər. Konkret olaraq isə şurada etnik azlıqların olmamasına etiraz bildiriblər. Samirə Bayramova Marneulili aktivistdir. Onun sözlərinə görə, bələdiyyədə gender şurasının yaranması yaxşı tendensiyadır, amma ona etnik azlıqların qoşulması vacibdir.
“Biz də Marneulidə yaşayırıq. Ermənilərin də azərbaycanlıların da öz mədəniyyəti, ənənəsi var. Gender şurasında elə də kiçik məsələlər müzakirə olunmayacaq. Ona görə də hamı qoşulmalıdır. Hər kəs öz icmasında olan problemi başqalarından daha yaxşı bilir”.
QHT “Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının” sədri Leyla Məmmədovanın sözlərinə görə, gender bərabərliyi şurasının yaradılması haqqında o, facebook vasitəsilə öyrənib və hesab edir ki, bu ədalətsiz vəziyyətdir. Çünki Marneulidə bir çox QHT və həmçinin etnik azlıqlar istiqamətində çalışır və şura yaradılan zaman onlar təqdim olunmayıb. Məmmədova şuranın etnik balansının olmaması ilə birgə onda olan nepotizm işarələrindən də danışdı.
“Bütün bu nepotizm, bütün bu qohumluq qanadları bələdiyyəyə kişilər tərəfindən təqdim olunub. O, qədər aydın və təhqiredicidir ki, mən hesab edirəm biz Marneulinin QHT-i mütləq iclas keçirəcəyik və açıq məktubla bu şuraya qarşı öz etirazımızı bildirəcəyik. İlk növbədə yəqin ki, tələb edəcəyik ki, şuranın tərkibinə yenidən baxsınlar”.
Leyla Məmmədova şura üçün etibarsızlıq elan etməyə hazırlaşır və hesab edir ki, ona başqa QHT sektou nümayəndələri və mülki aktivistlər də dəstək olacaqlar. Amma o, Bələdiyyəyə nə zaman müarciət edəcəyini və Parlamentə rəsmi məktub yazacağını dəqiq qeyd etmir.
Marneuli bələdiyyəsinin gender məsələləri üzrə bələdiyyə sədrinin müavini və gender bərabərliyi şurasının katibi İa Esebua gender bərabərliyi şurasının üzvləri haqqında danışdı. Onun sözlərinə görə, qanunda birbaşa yazılıb ki, şura üzvləri hansı vəzifəli şəxslər olmalıdırlar.
“Şuranın rəhbəri mütləq bələdiyyə məclisinin sədri olmalıdır. Şura müavini sakrebulo sədrinin müavini olmalıdır. Katib (bələdiyyə məclisi sədrinin) gender məsələləri üzrə müavini olmalıdır, eləcə də şurada mandat-prosedur məsələləri və etika komissiyasının sədri, hüquqi, maliyyə-büdcə həmçinin, sosial məsələlər komissiyasının sdəri və mütləq QHT sektoru tərəfindən seçilmiş bir nəfər olmalıdır”.
İa Esebua eləcə də qeyd edir ki, şura üzvləri başqa şəxslər ola bilməzlər, çünki onlara qanun icazə vermir. Amma hər hansı istəyi olan şəxs gender bərabərliyi şurasının fəaliyyətində iştirak edə və şəxsi fikrini bildirə bilər.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments