İki il əvvəl verilən traktorları mer işə saldı
9 fevra tarixində Marneuli Bələdiyyəsinin meri Temur Abazov Neft Şirkəti SOCAR tərəfindən verilmiş traktorları torpaq mövsümü işləri üçün benefisiarlara şəxsən verib. Qeyd olunan texnikanı hələ iki il bundan əvvəl bələdiyyəyə hədiyyə ediblər. Müəyyən dövr ərzində isə göstəriş üçün meriyanın qarşısında dururdu.
Marneulinin keçmiş meri Merab Topçişvili qeyd edir ki, texnikanın verilməsi hüquqi sənədin həll olunmasına alınmırmış. İki ildən sonra texnikanı işlətməyə Temur Abazov cəhd göstərib. Özü qeyd edir ki, şəxsi iştirakı və öz komandasının təşəbbüsü ilə kənd təsərrüfatına dəstək proqramı yaradılıb. Məqsəd isə vətəndaşlara dəstək olmaqdır.
Proqram əhali üçün maddi güzəşt gətirən olacaq. Meriyanın rəsmi veb-səhifəsində bir çox foto görərsiniz ki, orada texnikadan istifadə və torpaq sahəsinin işlənilməsi təsvir olunub.
Temur Abazov simvolik olaraq yeni texnika ilə torpaq sahəsinin müəyən hissəsini əkib. Proqramı həyata keçirmək merin tapşırığı ilə “Təmiz Marneuli”yə verilib. “Təmiz Marneuli”nin direktoru Leri Mumladze deyir ki, proqram hələ başlamayıb və təxminən bir həftəyə qərar veriləcək.
Sosial mühafizəsilərin texnikadan təmənnasız istifadə etməyə gəldikdə isə Mumladze deyir ki, kənd müvəkkiləri onların siyahısını təqdim edəcək.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments