Marneulidə 2 nəfər narkotik maddə üstündə saxlanılıb

Bu gün, 12 fevral tarixində Marneuli şəhərinin Çolokaşvili küçəsində həmin küçənin sakinlərindən birinin evində axtarış aparılıb. Axtarış nəticısində 2 nəfər saxlanılıb. Məlumatı Marneuli radiosuna DİN-dən təsdiqlədilər.
Onların barəsində Cinayət Məcələsinin 260–cı maddəsi ilə cinayət işi başladılıb. Həmin maddə “Narkotik vasitələrin, onların anoloqlarının qeyri-qanuni şəkildə hazırlanması, istehsalı, əldə olunması, saxlanılıması, daşınması və ya göndərilməsini” nəzərdə tutur.
marneulifm1106 Posts
0 Comments