Davit Sergeenko – həkimlər tərəfindən xəstəyə lazım olandan artıq dərman yazmaq problemi bizə məlumdur və onu həll etmək üçün çalışmalar gedir
Polipraqmaziya bizə məlumdur və sizi inandırıram ki, bu problemin həlli üçün çox səmərəli işlər gedir, – bu haqda Davit Sergeenko əczaçılıq kompaniyalarının nümayəndələr assosiasiyasının rəhbəri İrakli Marqvelaşvilinin bəyənatına cavab olaraq bildirib.
“Ümumiyyətlə, qlobal tibbdə belə bir anlayış var və o, polipraqmazia adlanır. Yəni həkimlər xəstəyə realda lazım olandan artıq dərman yazırlar. Bunun öz səbəbləri var. Bir az müəyyən marketinq maraqları, biraz da həkimlər tərəfindən özlərini sığrotalamaq məsələsidir ki, xəstənin heç nəyi əskik olmasın. Bu istiqamət bizə məlumdur və bu problemin həlli üçün çalışmalar gedir”, – bildirib Sergeenko.
Xatırladaq ki, keçən həftə səhiyyə naziri və medikamentlərin istehsal sahəsində fəaliyyət göstərən kompaniya nümayəndələrinin görüşündən sonra əczaçılıq kompaniyalarının nümayəndələr assosiasiyasının rəhbəri görüşdə “istelakçılar vicdansız əczaçılıq kompaniyalarının qeyri-etik hərəkətlərinin yoxlanılması məsələsini irəli sürüb”.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments