Vətəndaşlar zəng etməkdən əlavə “112”-yə sakit həyəcan – SOS mesaj da göndərə biləcəklər

Qiorqi Qaxaria

DİN Giorgi Qaxaria müavinləri ilə birgə “112” günü ilə əlaqədar, təcili yardımın operativ idarəçiliyi mərkəzinin Rustavi “Çağrı Mərkəzində” olub.

İPN-ə DİN-dən bildiriblər ki, tədbirdə “112”-nin departamenti innovasiyalı və müasir texnologiyalara əsaslanan layihəni, “112”-nin mobil applikasiyasını təqdim edib. Onların məlumatına görə, Gürcüstan ərazisində olan hər hansı şəxsin imkanı olacaq ki, yükləsin və  “112”-nin mobil applikasiyasından istifadə etsin.

“Applikasiyanın əsas üstünlüyü odur ki, vətəndaşın yerini dərhal müəyyən edəcək və bu təcili yardımın hadisə yerinə getməsi üçün vaxtı daha da azaldacaq. Apllikasiyanın “112”-yə sakit həyəcan mesajı göndərmək SOS və operatorla yazışmaq (çat) kimi vacib funksiyaları var. Qeyd olunan funksiyalardan istifadəçilər danışmaq imkanları olmayanda və ya zəng etməkdə maneçilik olan zaman istifadə edə bilərcəklər.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register