Marneulidə Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş konsert keçirildi

iagubov

Bu gün 12 yanvar tarixində Marneuli Mədəniyyət Mərkəzində Azərbaycanın xalq şairi və ictimai xadim Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş konsert tədbiri baş tutub. Şair əslən Bolnisidəndir və o, Gürcüstanın şərəf ordenini alıb. Şairin xatirəsinə həsr olunmuş konsertin təşkilatçıları Gürcüstan Azərbaycanlıları Konqresi və Gürücstan Parlamentinin majoritar deputatı Ruslan Hacıyevdir.

Mərasimdə onun həyat və yaracılığından söhbət açıldı. Tədbirdə Kvemo Kartli Qubernatoru və onun müavini, Marneulili millət vəkilləri, Azərbaycan respublikasının səfri və səfirliyin nümayəndələri, Türkmənistan respublikasının səfri, qonaqlar və rayon ictimaiyətinin nümayəndələri iştiark edirdilər.

Konsert saat yarım davam edirdi və konsertdə Gürcüstan “Aşıqlar”ı milli alətlərdə Zəlimxan Yaqubun şeirlərini ifa edirdilər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register